Saytımızı qiymətləndirin


 
 

Putin bunu gözləmirdi: Baydendən sərt gediş...
Tarix: 03-02-2022 | Saat: 09:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Bayden administrasiyası Ukrayna konfliktində özünü çox yaxşı göstərir.

Qarabaginfo.az Axar.az istinadən xəbər verir ki, bu sözləri “Vaşinqton Post” qəzetinin yazarı Devid İqnatius qeyd edib.

O bildirib ki, ABŞ prezidenti münaqişədə gözlənilməz dözümlülük nümayiş etdirərək Rusiyanı mühüm üstünlüklərdən məhrum edib və informasiya oyununda Putini ötüb.

Müəllifin sözlərinə görə, Kreml bütün bunları hesablamırdı və buna görə də hücum etməyəcəyini deyib susur:

“Görünür, Putin Baydenin siyasi zəifliyindən istifadə etməyə çalışırdı. Lakin bütün bu çətinliklər Amerika prezidentinin qətiyyətini gücləndirdi. Əfqanıstandan məğlub şəkildə çıxış və reytinqin ani enməsi Baydenin artıq Putinin nöqteyi-nəzərində "mehriban kompromist" kimi görünməsinə imkan yaradırdı. Ağ Ev rəhbəri isə sərt kursla bağlı seçim etdi və onu davam etdirir. Və o, keçmiş prezident Donald Trampın açıq şəkildə xor baxdığı NATO ittifaqını öz siyasətinin təməl daşına çevirdi. Ağ Ev rəsmiləri deyirlər ki, böhran başlayandan bəri administrasiya müttəfiqləri ilə 200-dən çox diplomatik əlaqə yaradıb”.

 



Xəbəri paylaş

1325 dəfə oxunub.

Digər xəbərlər