Saytımızı qiymətləndirin


 
 

Kuleba: "Rusiyanın həyata keçirəcəyi Minsk razılaşmasını qəbul etmirik"
Tarix: 02-02-2022 | Saat: 19:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

Dmitri Kuleba

"Biz Rusiyanın həyata keçirəcəyi Minsk razılaşmasını qəbul etmirik və etməyəcəyik".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba xarici media üçün keçirdiyi onlayn mətbuat konfransında deyib.

 

O bildirib ki, Rusiya bu ərazilərə xüsusi statusun verilməsini istəyir ki, bu da həmin regiona Ukraynanın strateji qərarlarına veto qoymaq hüquq verəcək.

"Biz bunu heç vaxt qəbul etməyəcəyik", - ukraynalı nazir bildirib.

Nazir Kuleba deyib ki, Minsk razılaşması razılaşdırılmış prinsiplər əsasında icra olunmalıdır: "Bizə hər zaman deyiblər ki, bu addımı atın, o addımı atın, kompromis edin, Rusiyanı ruhlandıracaq və ya motivasiya edəcək yanaşmalarla çıxış edin. Lakin sizə deyirəm, bu heç vaxt işləmədi".

Mən inanıram ki, diplomatiya və dialoq üçün hələ də imkanlar var, lakin əgər Rusiya dialoqu yox, digər yolu seçərsə, təcavüzə davam edərsə, biz döyüşəcəyik", - Dmitri Kuleba vurğulayıb.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər