Saytımızı qiymətləndirin


 
 

Yaponiyada klinikada yanğının başvermə səbəbi məlum olub, ölüm sayı 25-ə çatıb
Tarix: 21-12-2021 | Saat: 08:29
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Yaponiyada klinikada yanğının başvermə səbəbi məlum olub, ölüm sayı 25-ə çatıb

Yaponiyanın Osaka şəhərində inzibati binanın 4-cü mərtəbəsində yerləşən klinikada baş verən yanğında ölənlərin sayı 25 nəfərə çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Ağır vəziyyətdə olan gənc qadın bazar ertəsi gecə dünyasını dəyişib.

Qeyd edək ki, sözügedən yanğın dekabrın 17-də baş verib. Həmin gün 24 nəfərin öldüyü bildirilirdi.

Yanğın törətməkdə şübhəli bilinən 60 yaşlı kişi də daxil olmaqla xəsarət alan daha üç nəfər xəstəxanaya yerləşdirilib.

CCTV telekanalının görüntülərinə görə, klinikada xəstə olan bir şəxs liftin və giriş qapısının yanında torbalara benzin tökərək alışqanla yandırıb və bununla da klinikanın yeganə çıxışı bağlanıb.
İstintaq zamanı həmin şəxsin evindən iki il əvvəl “Kyoto Animation” animasiya şirkətinin studiyasında baş vermiş yanğınla bağlı qəzetdə dərc edilmiş xəbərin kəsiklər tapılıb. Bu yanğın zamanı 36 nəfər ölmüşdü. Polis hesab edir ki, kişi həmin cinayəti təkrarlamaq qərarına gəlib.(Apa)



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər