Ana Sayfa > Karusel / Dünya > Yaponiyada klinikada yanğının başvermə səbəbi məlum olub, ölüm sayı 25-ə çatıb
Yaponiyada klinikada yanğının başvermə səbəbi məlum olub, ölüm sayı 25-ə çatıb21-12-2021, 08:29. Yazar: Admin |
Yaponiyanın Osaka şəhərində inzibati binanın 4-cü mərtəbəsində yerləşən klinikada baş verən yanğında ölənlərin sayı 25 nəfərə çatıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb. Ağır vəziyyətdə olan gənc qadın bazar ertəsi gecə dünyasını dəyişib. Qeyd edək ki, sözügedən yanğın dekabrın 17-də baş verib. Həmin gün 24 nəfərin öldüyü bildirilirdi. Yanğın törətməkdə şübhəli bilinən 60 yaşlı kişi də daxil olmaqla xəsarət alan daha üç nəfər xəstəxanaya yerləşdirilib. CCTV telekanalının görüntülərinə görə, klinikada xəstə olan bir şəxs liftin və giriş qapısının yanında torbalara benzin tökərək alışqanla yandırıb və bununla da klinikanın yeganə çıxışı bağlanıb. Geri dön |