Tarix: 02-02-2022 | Saat: 19:02
Bölmə:Karusel / İdman | çapa göndər
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Qarabaginfo.az-ın məlumatına görə, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda ilk qolu birinci hissənin əsas vaxtına əlavə 2-ci dəqiqədə Məhəmməd Hamdaui vurub. 59-cu dəqiqədə Loris Bronyo fərqi 2 topa çatdırıb. 72-ci dəqiqədə "Zirə"nin yeni transferi Hamidu Keyta qonaqları 3-cü dəfə məyus edib. Son nöqtəni isə 86-cı dəqiqədə Bronyo qoyub. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv bu nəticə ilə cütün taleyini böyük ölçüdə həll edib.
Komandalar arasında cavab qarşılaşması fevralın 13-də oynanılacaq.
1/4 finalın ilk oyunlarına bu gün gerçəkləşəcək "Sumqayıt" - "Qəbələ" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, bu raundun ötən gün keçirilmiş matçlarında "Qarabağ" evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib, "Neftçi" isə "Sabah"la heç-heçə edib - 1:1.
Digər xəbərlər