Saytımızı qiymətləndirin


 
 

Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilini Qarabağ separatçısının yoxlaması etirazlara səbəb oldu - VİDEO
Tarix: 02-02-2022 | Saat: 11:50
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilini Qarabağ separatçısının yoxlaması etirazlara səbəb oldu – VİDEO

Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilini Qarabağ separatçısının yoxlaması etirazlara səbəb olub.

Qarabaginfo.az xəbər verir ki, Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən avtomobillərin növbəti yoxlamasının çəkilişi aparılıb. Avtomobilləri Rusiya sülhməramlıları yoxlayır. Lakin videoda etirazla qarşılanan görüntülər meydana çıxıb.

Belə ki, videoda Qarabağ separatçılarının nümayəndəsi Rusiya sülhməramlıları ilə birlikdə Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən Azərbaycan avtomobilini yoxladığı görünür.

Bu da haqlı narazılıq vı suallar yaradıb. Azərbaycan maşınlarını yoxlayan bu separatçılar kimdir?  KİV istifadəçiləri Azərbaycan torpaqlarında Azərbaycan maşınlarını niyə separatçı ermənilər yoxlayır sualı ilə müxtəlif şərhlər yazıblar.(konkret.az)

https://konkret.az/cloud/uploads/2022/02/IMG_7106.mp4?_=1=1 VİDEO-ya keçid üçün linki tıklayın!



Xəbəri paylaş

696 dəfə oxunub.

Digər xəbərlər