Saytımızı qiymətləndirin


 
 

Putin: “Ukrayna Rusiyaya təhdid yaradaraq özü üçün də təhdid yaratmış olur”
Tarix: 01-02-2022 | Saat: 23:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putin: “Ukrayna Rusiyaya təhdid yaradaraq özü üçün də təhdid yaratmış olur”

“Ukrayna Rusiyaya təhdid yaradaraq özü üçün də təhdid yaratmış olur.”

Qarabaginfo.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"İndi də Minsk razılaşmaları haqqında...biz bir tərəfdən Ukraynanın bu razılaşmaları icra etmək istədiyi bəyanatlarını eşidirik. Onlar daim bizi Minsk razılaşmasına əməl etməməkdə günahlandırırlar. Eyni zamanda, ictimai bəyanatlar da səslənir ki, əgər Ukrayna bu razılaşmaları yerinə yetirsə dağılacaq. Lakin heç kim düşünmürdü ki, Ukrayna Rusiya üçün belə təhlükələr yaradaraq, özü üçün də analoji təhlükələr yaratmış olur. Bütün bunlar çox diqqətlə nəzərdən keçirilməli və maraqlar nəzərə alınmalıdır” deyə Vladimir Putin qeyd edib.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər