Saytımızı qiymətləndirin


 
 

Yekaterinburqda tapılan cənazə qalıqlarının sonuncu rus çarına aid olduğu təsdiqlənib
Tarix: 31-01-2022 | Saat: 01:00
Bölmə:Karusel / Dünya | çapa göndər

II Nikolay və ailəsi

 

Ekspertiza nəticəsində cənazə qalıqlarının 1918-ci ildə öldürülən sonuncu rus imperatorunun ailəsinə aid olduğu təsdiqini tapıb.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki , bunu Rusiya Prokurorluğunun xüsusi işlər üzrə baş təhqiqatçısı Marina Molodsova bildirib.

“Müasir təhqiqat metodları və tarixi ekspertiza nəticəsində imperator II Nikolay və ailəsinin 1918-ci il 16 iyuldan 17-nə keçən gecə Yekaterinburqda güllələndiyini dübut edir. İmperatorla yanaşı onun arvadı Aleksandra Fyodorovna, qızları Olqa, tatyana, Mariya, Anastasiya, oğlu Aleksey və ona sadiq olan şəxslər də güllələnib” – deyə Molodsova bildirib.

Qeyd edək ki, sonuncu rus çarı II Nikolay 1918-ci ildə güllələnib. Cənazə qalıqları ölüm hökmünün icra olunduğu yerdən 1991-ci ildə çıxarılıb.



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər