Ana Sayfa > Karusel / Dünya > Yekaterinburqda tapılan cənazə qalıqlarının sonuncu rus çarına aid olduğu təsdiqlənib
Yekaterinburqda tapılan cənazə qalıqlarının sonuncu rus çarına aid olduğu təsdiqlənib31-01-2022, 01:00. Yazar: Admin |
Ekspertiza nəticəsində cənazə qalıqlarının 1918-ci ildə öldürülən sonuncu rus imperatorunun ailəsinə aid olduğu təsdiqini tapıb. Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki , bunu Rusiya Prokurorluğunun xüsusi işlər üzrə baş təhqiqatçısı Marina Molodsova bildirib. “Müasir təhqiqat metodları və tarixi ekspertiza nəticəsində imperator II Nikolay və ailəsinin 1918-ci il 16 iyuldan 17-nə keçən gecə Yekaterinburqda güllələndiyini dübut edir. İmperatorla yanaşı onun arvadı Aleksandra Fyodorovna, qızları Olqa, tatyana, Mariya, Anastasiya, oğlu Aleksey və ona sadiq olan şəxslər də güllələnib” – deyə Molodsova bildirib. Qeyd edək ki, sonuncu rus çarı II Nikolay 1918-ci ildə güllələnib. Cənazə qalıqları ölüm hökmünün icra olunduğu yerdən 1991-ci ildə çıxarılıb. Geri dön |