Saytımızı qiymətləndirin


 
 

Fələstin və İsrail arasında toqquşma: Onlarla insan xəsarət aldı
Tarix: 29-01-2022 | Saat: 10:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Fələstinlilərlə İsrail arasında son aylar baş verən qarşıdurmalar səngimək bilmir.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, İordan çayının qərb sahilində İsrail əsgərləri ilə toqquşmada 30-a yaxın fələstinli yaralanıb. Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin bəyanatında bildirilib.

İordan çayının qərb sahilində Nablus yaxınlığındakı Beyta və Beyt Dacan bölgələrində İsrail qüvvələri ilə baş verən toqquşmalarda 26 fələstinli yaralanıb.

13 nəfər rezin güllələrdən, daha 13 nəfər isə gözyaşardıcı qazdan xəsarət alıb.

Öz növbəsində, İsrail ordusu hərbçilərin ərazidəki iğtişaşlara reaksiya verdiyini bildirib:

“Son bir neçə saat ərzində Kaddum icmasının ərazisində şiddətli iğtişaşlar törədilib, bu zaman 50-yə yaxın fələstinli təkər yandırıb və İsrail əsgərlərinə daş atıb. Əsgərlər iğtişaşları dağıdıblar” – deyə hərbi idarə bildirib.

Qeyd edək ki, Beyt bölgəsindəki Sabih dağında fələstinli köçkünlərlə İsrail əsgərləri arasında toqquşmalar demək olar ki, hər gün baş verir. Vəziyyət ənənəvi olaraq cümə günləri gərginləşir.



Xəbəri paylaş

278 dəfə oxunub.

Digər xəbərlər