Saytımızı qiymətləndirin


 
 

Oğurlanan 2 yaşlı uşaqla bağlı yeni xəbər
Tarix: 28-01-2022 | Saat: 16:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Oğurlandıqdan on gün sonra tapılan iki yaşlı uşaq və qardaşları ilə bağlı sığınacaqda reabilitasiya işləri davam etdirilir.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

 

Onun sözlərinə görə, uşaqların psixoloji durumları ilə bağlı zəruri prosedurlar həyata keçirilir:

 

"Bu proseslər müəyyən zaman tələb edir. Bu dövr başa çatdıqdan sonra digər məsələlərə də baxılacaq. Ailənin vəziyyəti, valideynlərin durumu qiymətləndiriləcək. Yekun olaraq uşaqların ailəyə qaytarılması və ya alternativ digər variantların gözdən keçirilməsi müzakirə ediləcək".

 

Xatırladaq ki, Bakının Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşağın atası istintaqa cəlb edilib. Məlumata görə, Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsilə cinayət işi başlanılıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq hərəkətləri davam etdirilir. 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib. 



Xəbəri paylaş

299 dəfə oxunub.

Digər xəbərlər