Saytımızı qiymətləndirin


 
 

"Ərdoğan Putinin dərsini verəcək..." - "Təpərli oğlanlar" belə şeyləri bağışlamır..."
Tarix: 25-07-2022 | Saat: 17:10
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

 
"Ziyalılar" məyusluğunu ifadə edir, "təpərli oğlanlar" ağız-burunları əzişdirir..."
 
"Kremldə kollektiv şüur tamamilə darmadağın olub..."
 
"Ərdoğan Putinin xayalarından ən azı üç yerdən - Qarabağdan, Suriyadan və Liviyadan möhkəm yapışıb..."
 
"Türkiyə Rusiya üzərində hərbi üstünlüyə malikdir..."
 
"Qarabağ savaşında Putin rüsvaycasına öz müttəfiqi Ermənistanın köməyinə gələ bilməyib..."
 
Rusiyanın ABŞ-da yaşayan siyasi və ictimai xadimi Andrey Piontkovski əmindir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən İstanbulda "taxıl müqaviləsi"nin imzalanmasından dərhal sonra rusiyalı hərbçilərin Ukraynadan taxıl ixracı barədə müqavilədə adı çəkilən Odessa ticarət limanını atəşə tutmasına mütənasib cavab özünü çox gözlətməyəcək.
 
Qarabaginfo.az xəbər verir ki, bu fikri o, "Freedom" telekanalının efirində səsləndirib.
 
Ekspert güman edir ki, Rusiya raketlərinin Odessaya zərbələri "Kremldə kollektiv şüurun tamamilə darmadağın olmasından" xəbər verir.
 
"Mən düşünürəm ki, Putinin də beynində belə qarmaqarışıqlıq hökm sürür. Çünki bunlar bir-birinə tamamilə zidd olan addımlardır: yenicə başa çatan danışıqlara tüpürməkdir".
 
Piontkovski xatırladıb ki, Odessaya hücumdan dərhal sonra Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib ki, Rusiya müdafiə nazirliyinin nümayəndələri əmin edib ki, Odessa hava limanına zərbələrə Moskvanın "heç bir aidiyyəti yoxdur".
 
Lakin ertəsi gün Rusiya XİN rəsmisi Mariya Zaxarova etiraf edib ki, Rusiya ordusu Odessa limanına raket zərbəsi endirib:
 
"Bu gün isə alkaş qadın yuxudan oyanıb və məlumat verib ki, hərbi katerlərə hücum ediblər".
 
Jurnalistin rusiyalıların Türkiyə tərəfinə söylədikləri "belə açıq yalanın" nəticələri olacaqmı" sualına cavabında Piontkovski əmin edib ki, Türkiyə lideri bunu cavabsız qoymayacaq.
 
"Qərb "ziyalıları"ndan fərqli olaraq, Ərdoğan kimi "təpərli kişilər" belə şeyləri bağışlamır. Putin dəfələrlə yanlış hərəkət edərək anlamayıb ki, bu küçə qulduru üçün Qərb "botanikləri" ilə keçərli olan şeylər "təpərli oğlan"  Ərdoğanla heç vaxt keçməyib. Qarabağ müharibəsində Putinin rüsvaycasına müttəfiqi Ermənistanın köməyinə gələ bilmədiyini xatırlatmaq kifayətdir. Məni bağışlayın, amma Ərdoğan "Putinin xayalarından" üç yerdən-Qarabağdan, Suriyadan və Liviyadan yapışmağı möhkəm bacarır. Ona görə də düşünürəm ki, bu dəfə də "Putin pomidorlarla" canını qurtara bilməyəcək", - Piontkovski buna əmindir.
 
Ekspert əlavə edib ki, Türkiyə Rusiya üzərində hərbi üstünlüyə malikdir, bu zaman ötən il Türkiyə ilə Azərbaycan arasında Qarabağın qalan hissəsinin Ermənistan hərbi birləşmələrindən təmizlənməsinə yönələn vahid ordu yaradılması barədə sazişi xatırladıb.
 
"Putin hərbi nöqteyi-nəzərdən onlara heç nə ilə cavab verə bilmir, elə Suriyada da həmçinin. Üstəlik, bu gün o, özünün növbəti ağılsız addımını ataraq, İsraillə münasibətləri kəskinləşdirir, bu da Türkiyə-İsrail münasibətlərinin gözlənilməz yaxınlaşması fonunda baş verir, bu ölkələrin Suriyada ümumi maraqları var, bu da Rusiya və İranın təsirindən yaxa qurtarmaqdan ibarətdir", - ekspert qeyd edib, bir daha vurğulayıb ki, tezliklə Türkiyə prezidentinin Odessa limanının Rusiya tərəfindən atəşə tutulmasına münasibəti bəlli olacaq.
 
"Ziyalılar" məyusluğunu ifadə edir, "təpərli oğlanlar" ağzı-burnunu əzişdirir", - Piontkovski sözlərinə yekun vurub.(Moderator.az)


Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər