Saytımızı qiymətləndirin


 
 

Türkiyə parlamenti Şuşa bəyannaməsini nə vaxt TƏSDİQLƏYƏCƏK?
Tarix: 28-01-2022 | Saat: 11:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Milli Məclisinin fevralın 1-də keçiriləcək plenar iclasının gündəliyinə Şuşa bəyannaməsinin ratifikasiyasının müzakirəsi daxil edilib. Gündəliyə əsasən, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi deputatlara təqdim ediləcək.

 

Qaydalara əsasən, iki dövlət arasında imzalanmış bu sənədi Azərbaycan Milli Məclisi ilə bərabər, Türkiyə Böyük Millət Məclisi (TBMM) də ratifikasiya etməlidir.  

 

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Modern.az-a danışan TBMM-in deputatı Atilla Sertel hələlik Türkiyə parlamentinin gündəliyinə Şuşa bəyannaməsi haqqında məsələnin daxil edilmədiyini söyləyib:

 

“Şuşa Bəyannaməsinin TBMM-ə gətirilib-gətirilməyəcəyi barəsində məlumatım yoxdur. Hələlik bu müzakirənin keçiriləcəyi tarix məlum deyil. Amma Şuşa Bəyannaməsi TBMM gündəminə gətirilirsə, Azərbaycan-Türkiyə arasında imzalanan bu anlaşma dəstəklənəcəkdir”.

 

Qeyd edək ki, Azərbaycan Milli Məclisindən sonra TBMM-nin də bəyannaməsi rəsmən təsdiqləyəcəyi gözlənilir. 

 

Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də işğaldan azad edilmiş Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidenti tərəfindən imzalanıb.



Xəbəri paylaş

253 dəfə oxunub.

Digər xəbərlər
5-12-2022, 11:47 Şoyqu Belarusa getdi