Saytımızı qiymətləndirin


 
 

Prokuror Nurəddin Xocaya cəza istəyib
Tarix: 18-03-2019 | Saat: 11:24
Bölmə:Karusel / Gündəm / Kriminal | çapa göndər

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ müharibəsi veteranı, keçmiş “Bozqurd” batalyonunun sabiq komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Qarabaginfo" "Report"a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqovun qaldırdığı vəsatətlə bağlı qərar elan olunub.

Məhkəmənin qərarına əsasən, vəsatət təmin edilməyib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışında N.Xocanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxışa hazır olmadığını deyərək, vaxt tələb edib.

Proses martın 19-də davam etdiriləcək. 

İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib. 

 



Xəbəri paylaş

536 dəfə oxunub.

Digər xəbərlər