Saytımızı qiymətləndirin


 
 

İsrail səfiri İkinci Dünya müharibəsində həlak olmuş 300 min azərbaycanlının xatirəsini yad edib
Tarix: 27-01-2022 | Saat: 10:43
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail ərəb diplomatı Azərbaycana səfir təyin edib - MEYDAN.TV

Tarix boyu nifrət hissi qırğınlara, faciələrə gətirib çıxarıb və ötən əsrdə də yəhudilər bunu yaşayıblar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

Diplomat deyib ki, yəhudilər dininə, irqinə görə təqib olunublar: “Belə hadisələri unutmamaqla biz onların təkrarlanmamasına nail ola bilərik. Kütləvi qırğınlar, soyqırımılar bu gün də dünyada baş verir və biz bunu görməzdən gələ bilmərik”.

Səfir qeyd edib ki, hər bir ölkənin öz faciəsi var: “Holokostun beynəlxalq anım günündə biz bütün ölkələrin qurbanlarını anırıq. Biz həm də faşist rejiminə qarşı mübarizə aparmış və həlak olmuş 300 min azərbaycanlının da xatirəsini yad edirik”.

C. Dikin sözlərinə görə, bu gün Azərbaycan müsəlman dünyasında yeganə ölkədir ki, çox sayda yəhudi icmasına ev sahibliyi edir: “Bu, Azərbaycanın sahib olduğu və dəstəklədiyi dəyərlərin göstəricisidir”.

Diplomat xatırladıb ki, bu il Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin 30 illiyi qeyd ediləcək.

“Ötən il İsraildə Azərbaycan Ticarət Evi açıldı. Ümid edirəm ki, biz gələcəkdə səfirliyin açılmasını da qeyd edəcəyik”, - səfir vurğulayıb.



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər