Tarix: 26-01-2022 | Saat: 16:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
Cinsiyyəti dəyişdirmək Qərb ölkələrində normal hal kimi qəbul olunsa da, İslam dünyasında buna münasibət birmənalıdır. Müsəlman inanclarına əsasən, insanın cinsiyyətini dəyişdirməsi haram və böyük günah hesab olunur. Lakin zaman ötdükcə bəzi müsəlman ölkələrində də kişilərin qadına, qadınların kişilərə çevrilməsi hallarına rast gəlinir. Hətta bu yaxınlarda Türkiyə mediasına dərc olunan məlumatda cinsiyyətini dəyişərək qadın olan “kişi”nin dini inanclara bağlı olması barədə fikirləri yer almışdı. Müsəlman olduğunu deyən həmin şəxs dinin tələblərinə əməl edərək, namaz qıldığını, Ramazan ayında oruc tutduğunu bildirirdi. Onun sözlərinə görə, cinsiyyət dəyişikliyi insanın dini inancına təsir etməməlidir.
Belə fikirlər nə qədər qəribə səslənsə də, ortaya maraqlı suallar çıxır: Cinsiyyəti dəyişmək haramdırsa, bunu edənlər dindar ola bilərmi?
Din xadimi Hacı Təyyar Hüseynli mövzu ilə bağlı Modern.az-a danışaraq bildirib ki, cinsini dəyişib, ibadət edənlər Allah tərəfindən lənətlənmiş insanlardır.
“Avropadan idxal olunan bu çirkab bizim üçün heç bir faydası olmayan, Allahın dinində lənətlənən haramdır. İslam dinində elə bir göstəriş yoxdur ki, kimsə cinsini dəyişsin. Allah insanı ana bətnində qadın və kişi olaraq xəlq edirsə, yaradanın iradəsinin əksinə olaraq, müasir tibbi-texniki imkanlardan istifadə edib, cinsiyyəti dəyişməz olmaz. Bu böyük günah və haram əməldir.
Dində belə hökm var ki, uşaq iki cinsli dünyaya gələrsə, davranışında kişi, yaxud qadın tərəfə çəkiciliyinin faizini hesablayaraq iki cinsdən birinə yönəltmək əməliyyatını həyata keçirmək olar. Peyğəmbərlərimizin dövründə bu mümkün deyildi, ancaq tibbi imkanlar, cərrahiyə indi buna imkan verir və həmin insanın fiziki, psixoloji və davranışı nəzərə alınaraq, bir cinsə yönəltmək olur. Cinsi dəyişmək məsələsi, həmin şəxslər tərəfindən “namaz qılıram, ibadət edirəm, düz adamam” deməsi qəbuledilməzdir. Bundan böyük lənətlənmiş, Allahı qəzəbə gətirən iş yoxdur. Necə ki, intihar halı bütün dinlərdə və dini kitablarda lənətlənib, eləcə də bu addım da lənətlənib. Yaradılışın ilkin mərhələsində Adəm kişi, Həvva qadın formasında yaradılmışdı. Bütün dini kitablarda - İncil, Tövrat və başqalarında qeyd olunur ki, cinsin məqsədli şəkildə dəyişilməsi ilahi idealogiyada lənətlənib. Yaradanın göndərdiyi elçilər tək Allahlığı təbliğ edir. Həmin insanlar müsəlman deyil və ibadətləri qəbul edilmir. Yerləri isə cəhənnəmdir”.
Hacı Təyyar qeyd edib ki, eyni cinsdən olan insanlar anormal cinsi münasibətdə olarlarsa, həmin şəxslər barəsində ölüm hökmü verilə bilər:
“Lut peyğəmbərin dövründə qadınların qadına, kişilərin kişilərə meyilli olması Allahın qəzəbinə səbəb oldu, Allah həmin məmləkəti məhv etmişdi. İslam dinində qadınla qadının, kişinin kişi ilə cinsi əlaqədə olmasının hökmü ölümdür. Belə hadisə ədalətli şahidlər tərəfindən öz təsdiqini taparsa, həmin şəxslərin hər ikisinə dinin tələblərinə əsasən ölüm hökmü verilə bilər. Yəni dini qaydalara əsasən, bu çirkin işi görən şəxslər öldürülməlidir. Dinin tələbi belədir. Bu gün özlərindən guya təşkilat yaradıblar, adını da LGBT qoyublar. Hansı ki, bu yolla gedənlər iblisin tərəfdarlarıdır, onlar dindar ola bilməzlər”.
Digər xəbərlər