Saytımızı qiymətləndirin


 
 

Nərimanovdakı yanğına görə 20 nəfər TƏXLİYƏ EDİLDİ
Tarix: 26-01-2022 | Saat: 16:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Nərimanov rayonunda yaşayış binasında baş verən yanğınla bağlı 20 nəfər təxliyə olunub”.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi İlqar Nəsibov məlumat verib. 

 

İ.Nəsibov deyib ki, hadisə Nərimanov rayonu Ələşrəf Əlizadə küçəsi 61 ünvanında yerləşən 17 mərtəbəli binanın 9-cu mərtəbəsində qeydə alınıb:

 

“Yanğın hadisəsi sahəsi 85 kv olan 3 otaqlı mənzildə baş verib. Mənzilin mətbəxi - 20 kv metr hissəsinin yanar konstruksiyası əşyalarla birlikdə yanıb. Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının fəaliyyəti nəticəsində 20 nəfər təxliyə edilib. Ümumilikdə 5 yanğınsöndürmə avtomobili əraziyə cəlb olunub. Xəsarət alan olmayıb. Yanğın hadisəsi saat 14:40-da baş verib və 14:44-də briqada ərazidə olub”.

 

Onun sözlərinə görə, yanğının qeydə alındığı mənzildə heç kəs olmayıb. Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.



Xəbəri paylaş

254 dəfə oxunub.

Digər xəbərlər
13-05-2022, 15:05 Putin Şoltsla danışdı