Ukraynadakı "xüsusi hərbi əməliyyat" Sovet İttifaqının yaranmasının 100 illiyi günündə bitəcək?..
Tarix: 13-06-2022 | Saat: 14:53
Bölmə:Karusel / Region | çapa göndər
1296 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-06-2022 | Saat: 14:53
Bölmə:Karusel / Region | çapa göndər

"Ukrayna ordusunda şaquli münasibətlər sistemi Rusiya ordusunda olduğundan köklü surətdə fərqlənir"
Putinin Ukraynada "xüsusi əməliyyat"ının bitməsinin yeni tarixi açıqlanıb
Putinin Ukraynaya qarşı müharibənin aktiv fazasını bitirməyə cəhd edəcəyi tarix 24 dekabr 2022-ci il olacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin ehtiyatda olan general-mayoru Viktor Yaqun "Ukraina 24" telekanalının efirində jurnalist Oleq Panyuta ilə söhbətində bəyan edib.
"Bu ilin 24 dekabrı ən yaxın konseptual tarixdir. Həmin gün Sovet İttifaqının yaranmasının 100 illiyidir, bu tarixdə konseptual olaraq nəsə etmək istəyirlər: bu torpaqları hansısa bir bayraq altında birləşdirmək və ya Moskvada hamını dəvət etməklə möhtəşəm tədbir keçirmək. Dekabrın 24-dək onlar nəsə etməlidir", - Yaqun proqnoz verib.
Aparıcı maraqlanıb ki, bu, o deməkdir ki, 24 dekabradək rusiyalı hərbçilər daimi olaraq Ukrayna şəhərlərini atəşə tutacaq və Ukraynanın imkan daxilində daha çox ərazilərini zəbt etməyə cəhd edəcək və ya bu tarixdə Putinin üzdəniraq "xüsusi əməliyyat"ı sona yetəcək? General belə cavab verib:
"Biz düşünürdük ki, bu, mayın 9-da sona yetə bilərdi. Düşünürəm ki, belə aktiv fazada biz döyüşəcəyiksə və düşməni dayandırıb bir qədər geri çəkilməyə nail olacağıqsa, 24 dekabradək heç nə dəyişməyəcək. Onların öz tarixləri, bizim tamam başqa tariximiz var. Mən hələ Ukraynanın müstəqilliyinin bərpa edilməsinin 31-ci ildönümü olacaq 24 avqust gününü demirəm", - general-mayor əlavə edib.
Yaqun həmçinin şaquli qarşılıqlı münasibətlər sistemində Ukrayna ordusunun Rusiya ordusundan köklü surətdə fərqləndiyini də izah edib.
"Ukrayna komadanı qarşıya hər hansı vəzifəni qoyursa, o, yerlərdəki komandirlərə etibar edir, onlar hətta əmri icra etmədən ali rəhbərliyə zəng edərək, bu əmrin nədən icra etmədiklərini izah edə bilər. Və onlar dəqiq bilir ki, buna görə onlar vəzifədən kənarlaşdırılmayacaq, harasa göndərilməyəcək, güllənməyəcək, həbs edilməyəcək. Bu, ilk baxışdan kiçik təşəbbüsdür, amma dərin qatlarda bütün bu reallıqlar və təmaslar ordunun psixologiyasını kökündən dəyişir. Ordu anlayır ki, onu eşidirlər", - general Yaqun danışıb.
Bundan öncə Rusiya Dövlət Dumasında Ukraynada müharibənin bitəcəyi tarix kimi bu ilin dekabr ayı göstərilib.
Məsələn, Ramzan Kadırovun əmisioğlu, "Vahid Rusiya" partiyasından olan deputat Adam Delimxanov müxbirin "Xüsusi hərbi əməliyyat" bu ilin sonunadək bitə bilərmi?" sualına belə cavab verib:
"Buna ümid edirik. Düşünürəm ki, daha belə davam etməyəcək".(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
27-09-2021, 13:42
Azərbaycan Prezidenti: “Minsk Qrupu II Qarabağ müharibəsindən sonra bizə hər hansı təklif verməyib”
15-05-2023, 14:37
Bakıdan Ankaraya uçan təyyarə Tbilisidə təcili eniş etdi
10-05-2022, 12:54
Sabahın hava proqnozu
23-03-2018, 20:18
Putinin qələbəsi rəsmən təsdiqləndi
14-12-2021, 19:31
Dövlət başçısı: “Azərbaycan NATO üzvü olan 4 ölkənin etibarlı qaz təchizatçısıdır”
5-03-2025, 13:44
Prezident Türkiyədədir
4-12-2023, 13:20
Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər yolunun yenidən qurulmasına 17 milyon manat ayrılıb
31-05-2021, 23:37
Ceyhun Bayramovla Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi arasında telefon danışığı olub
19-08-2025, 13:11
İçərişəhəri avtobusla gəzə bilərsiniz - Gedişhaqqı 1 manat - Fotolar
18-06-2021, 13:02
Təhsil kreditləri bu tələbələrə veriləcək - MEYARLAR


















