Saytımızı qiymətləndirin


 
 

Umayra Tağıyeva: “Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək”
Tarix: 26-01-2022 | Saat: 15:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Umayra Tağıyeva rəis oldu – Rakus.az

“Yağıntıların nisbi bolluğuna baxmayaraq, bu ilin yanvar ayında havanın orta temperaturu iqlim normasından 2,6 dərəcə yuxarı olub. Ümumilikdə isə 25 günün yalnız 4-də temperatur normadan aşağı qeydə alınıb (0,2-1 dərəcə C), 21 gün isə orta iqlim göstəricilərindən 0,9 – 4,9 dərəcə C yuxarı müşahidə edilib. Yanvarın 7-də isə bu göstərici normadan 6,7 dərəcə C yuxarı olub”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.O bildirib ki, yağıntılar daha çox ölkənin şərq hissəsində qeydə alınıb: “Burada 25 gün ərzində aylıq normadan 27-43 faiz çox yağıntı düşüb. Bakı və Abşeron yarımadasında isə 11 gün yağıntı qeydə alınıb ki, onun 4-ü sulu qar və qar halında olub.

Növbəti yağıntılı soyuq hava cəbhəsi yanvarın 27-də gözlənilir. Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək. Bu dövr ərzində bölgələrdə sulu qar və qar halında yağıntıların olacağı proqnozlaşdırılır. Bakıda yağış yağacağı, axşam və gecə saatlarına yaxın isə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu 2-5 dərəcə C arasında olacaq. Abşeron üçün belə proseslərdə xarakterik olan şimal-qərb küləyinin yanvarın 27-i güclənməsi, 28-i isə tədricən günün birinci yarısında zəifləməsi gözlənilir. Küləyin maksimal sürəti 20-23 m/s olacaq.

Ayın son günləri isə hava yağıntısız və nisbətən sabit keçəcək. Bakıda hava bəzi saatlarda dəyişkən buludlu olacaq, bəzi vaxtlarda isə cənub küləyi (gilavar) güclənəcək. Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər”.



Xəbəri paylaş

243 dəfə oxunub.

Digər xəbərlər