Saytımızı qiymətləndirin


 
 

Baş direktor işdən çıxarıldı  - AzTV-də növbəti kadr islahatı
Tarix: 16-03-2019 | Saat: 10:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş direktor işdən çıxarıldı

 

AzTV-nin sədr əvəzi Rövşən Məmmədli keçmiş sədr Arif Alışanovun daha bir kadrını işdən çıxarıb

"Qarabaginfo" Bakupost.az-a istinadən xəbər verir ki, yeni rəhbər bu dəfə AzTV-nin informasiya proqramları departamentinin baş direktoru Faiq Hüsiyevi vəzifəsindən azad edib. Bildirilir ki, Hüsiyevə işdən öz ərizəsi ilə, könüllü ayrılmaq təklif olunub, lakin baş direktor bu təklifə sərt reaksiya verib və televiziyada qalmaqal yaranıb. 

Buna baxmayaraq, F.Hüsiyev baş direktor vəzifəsindən azad edilib. R.Məmmədli F.Hüsiyevi AzTV-nin TV və Radio Akademiyasına rektor təyin edib. 

 Qeyd edək ki, F.Hüsiyev bu təyinata qədər həmin akademiyada rektorun səlahiyyətlərini icra edib. 

Məsələ ilə bağlı açıqlama verən F.Hüsiyev sədrlə arasında qalmaqal yaşandığını təkzib etsə də, baş direktor vəzifəsindən azad edildiyini təsdiqləyib: "Mən öz ərizəmlə informasiya proqramları departamentindəki vəzifəmdən ayrılmışam. Ardınca da TV və Radio Akademiyasının rektoru təyin edilmişəm. Sədr Rövşən Məmmədli münasibətlərimiz çox yaxşıdır, heç bir narazılıqdan söhbət gedə bilməz. Akademiyanın işini böyüdürük. Ona görə də mən öz istəyimlə bura gəlmişəm”.

 

 



Xəbəri paylaş

509 dəfə oxunub.

Digər xəbərlər
5-02-2019, 16:36 Nobel prospekti bağlanır