Tarix: 26-01-2022 | Saat: 06:07
Bölmə:Karusel / Region | çapa göndər
“Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılmasında israrlı olmaya bilər”.
“Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılmasında israrlı olmaya bilər”.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçı Partiyası sədrinin müavini Armen Aşotyan deyib.
Aşotyan Paşinyanın Qarabağın Azərbaycandan kənarda “status” alması, buradakı ermənilərin “öz müqəddəratını təyinetmə hüququ” üçün heç bir səy göstərməyəcəyini vurğulayıb:
“Bir neçə aydır ki, bu barədə danışır, əllərini ovuşdurur. Dünən Nikol bir daha göstərdi ki, onun siyasətinin məqsədi Qarabağın bir daha heç vaxt “erməni ərazisi” olmayacağına inam yaratmaqdır”.
Siyasətçi Paşinyanın Ermənistanın hələ 1991-1992-ci illərdə Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə sözlərini xatırladıb.(Yenisabah.az)
Digər xəbərlər