Saytımızı qiymətləndirin


 
 

Nazirlikdən növbəti hava XƏBƏRDARLIĞI
Tarix: 25-01-2022 | Saat: 14:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

 

Xidmətədən Qarabaqinfo.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 27-si gündüzdən 28-i səhədərək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

 

Yanvarın 27-28-də arabir yağıntılı olacağı, 27-si axşam, 28-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var.

 

Havanın temperaturu 2-6° isti olacaq.

 

Yanvarın 27-də qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var.

 

Qərb küləyi arabir 15-20 m/s, yanvarın 27-də gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

 

Havanın minimal temperaturu mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta olacaq.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər