Saytımızı qiymətləndirin


 
 

NATO-nun Avropadakı hərbi gücü: Hansı qüvvələr VAR?
Tarix: 25-01-2022 | Saat: 12:21
Bölmə:Karusel / Dünya | çapa göndər

Bu həftənin bazar ertəsi NATO qüvvələrini hazır vəziyyətə gətirdiyini və Şərqi Avropaya daha çox hərbi gəmi və döyüş təyyarələri göndəriləcəyini açıqlayıb.

 

Bəs Avropa ölkələrində NATO qüvvələri necə yerləşib?

 

Qarabaqinfo.az-ın bununla bağlı qısa araşdırmasını təqdim edirik:

 

Baltikyanı ölkələr və Polşa

 

Estoniya, Litva, Latviya və Polşada NATO-nun çoxmillətli qoşunları var, onlar tanklar, hava hücumundan müdafiə vasitələri, kəşfiyyat və müşahidə bölmələrinə malikdir.

 

NATO-nun bu ölkələrdə hava polisi missiyası mövcuddur, Almaniyadakı Ramşteyn aviabazasından qalxan hərbi təyyarələr dörd ölkənin səmasında patrul reydləri keçirir.

 

NATO-nun, həmçinin Baltik dənizi də daxil olmaqla beynəlxalq sularda mütəmadi hərəkət edən dörd çoxmillətli daimi dəniz qüvvələri fəaliyyət göstərir.

 

Rumıniya və Bolqarıstan

 

NATO Rumıniyada 4000-ə qədər hərbi qulluqçusu olan çoxmillətli quru qüvvələri yerləşdirib. Fransa bu ölkələrə daha çox əsgər göndərməyi təklif edib. Birləşmiş Ştatların da Rumıniya və Bolqarıstandakı müxtəlif bazalarda əsgərləri xidmət aparır.

 

Müttəfiqlər Bolqarıstan və Rumıniyada milli hava polisini dəstəkləmək üçün müntəzəm olaraq qırıcılar göndərirlər.

 

Fransa

 

Fransa 2022-ci ildə Almaniya ilə birlikdə Çox Yüksək Hazırlıqlı Birgə İşçi Qrupu kimi tanınan hava, quru və dəniz komponentlərindən ibarət qüvvəyə rəhbərlik edir. Ən azı 5000 əsgəri olan qüvvə 72 saat ərzində döyüşə hazır ola bilər. Bu il həmin qüvvələrə İspaniya, Portuqaliya və Polşa da qoşun göndərəcək.

 

Avropadakı ABŞ qüvvələri

 

ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına görə, bu gün Avropada ABŞ Ordusunun təxminən 74 min hərbi qulluqçusu yerləşdirilib, lakin onların hamısı aktiv hərbi qüvvə deyil.

 

ABŞ-ın Almaniyada təxminən 36 min İtaliyada 12 min, İngiltərədə 9 min, İspaniyada təxminən 3 min və Türkiyədə 1600 hərbi qulluqçusu mövcuddur. Birləşmiş Ştatlar, həmçinin Polşa ərazisinə 4500 əsgər göndərir, lakin onlar daimi olaraq yerləşdirilmir.

 

Balkan yarımadası

 

NATO-nun 3500-ə yaxın hərbi qulluqçusu KFOR adlanan sülhməramlı qüvvələrinin tərkibində Kosovoda xidmət aparır.

 

Müttəfiqlər kiçik Balkan ölkələrinə də hava polisi dəstəyi verirlər. Sloveniyanın hava məkanı Macarıstan və İtaliya, Albaniya və Monteneqronun hava məkanı Yunanıstan və İtaliya, Şimali Makedoniyanın səması isə İtaliya tərəfindən qorunur.

 

Aralıq dənizi

 

NATO-nun Aralıq dənizində patrul fəaliyyətini həyata keçirən və müttəfiqlərə dəniz vəziyyəti ilə bağlı məlumatlandırmanı təmin edən, həmçinin dənizdə terrorla mübarizə əməliyyatlarına dəstək verən Dəniz Mühafizəçisi adlı dəniz missiyası var.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər