Saytımızı qiymətləndirin


 
 

Amnistiya aktı 3411 məhkuma tətbiq edilib
Tarix: 21-01-2022 | Saat: 18:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Amnistiya aktı 3411 məhkuma tətbiq edilib

“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edilib. Amnistiya aktı məhkumlardan 3411 nəfərinə və ya 60 faizinə tətbiq edilib.

Qarabaginfo.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov PX-nin Baş idarəsində 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi zamanı deyib.

Onlardan 2704 məhkum azad edilib, 707 məhkumun cəza müddəti azaldılıb.

Qeyd olunub ki, bu dövrdə qanunun təsiri altına düşən məhkumların müvafiq sənədləri məhkəmələrə təqdim edilib. Məhkəmələr tərəfindən 63 nəfər azad edilib, 4 nəfərin cəza çəkdiyi rejim dəyişdirilib, 730 nəfərin cəza müddəti azaldılıb, 237 nəfərin cəza müddəti dəyişdirilmədən saxlanılıb, 643 nəfərin ərizəsi təmin olunmayıb. (report.az)



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər