Tarix: 18-01-2022 | Saat: 21:07
Bölmə:Karusel / Gündəm | çapa göndər
Serbiya ilə ticarət həcmimiz keçən il 34%-ə yaxın artımla 2 milyard dollara çatıb.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti Vuçiçlə birgə mətbuat konfransı zamanı deyib.
O, qeyd edib ki, həmkarı ilə iki ölkə arasındakı əməkdaşlığın bütün mərhələlərini müzakirə edib: “Başda Balkanlar olmaqla regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq. 2021-ci il əlaqələrimiz üçün müstəsna il oldu. Serbiya Türkiyədəki fəxri konsulluqlarının sayını Alanya və Bursada 5-ə çatdırıb. Pandemiyanın təsirlərinə baxmayaraq, ticarət həcmimiz rekordlar qırmağa davam edir. Hədəfimiz 5 milyard dollara çatmaqdır. Qarşıdakı dövrdə həyata keçirilə biləcək birgə layihələr haqqında fikir mübadiləsi apardıq. Serbiyada 1300-dən çox türk şirkəti fəaliyyət göstərir və 8000-ə yaxın işçi çalışır”, - deyə Ərdoğan bildirib.
Digər xəbərlər