Saytımızı qiymətləndirin


 
 

Monteneqro parlamentinin spikeri Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib
Tarix: 17-01-2022 | Saat: 14:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Monteneqro parlamentinin spikeri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

 


Yanvarın 17-də ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil və tər çiçəklər qoyublar, xatirəsini ehtiramla anıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, sədrin müavini Adil Əliyevin və Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məmmədovun müşayiət etdiyi qonaqlar həmçinin Şəhidlər Xiyabanını ziyarət ediblər, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıblar, məzarları üzərinə tər çiçəklər düzüblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.



Xəbəri paylaş

225 dəfə oxunub.

Digər xəbərlər