Tarix: 17-01-2022 | Saat: 13:27
Bölmə:Karusel / Multimedia | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt ərazisində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarovun cinayət işi üzrə məhkəmə prosesində şahid dindirilib.
Qarabaginfo.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ifadə verən Sərxan Mehtiyev deyib ki, təqsirləndirilən şəxslə eyni məhlədə qalıb.
O bildirib ki, 2014-cü ildə İ.Muxtarovla birgə Novxanıya çay içməyə gedib: "Masada İbrahimin tanışları da var idi, görüşdüm. Sonra İbrahim harasa getdi. Orda mən dava görməmişəm. Restoranın sahibi masamıza yaxınlaşıb dedi ki, bizlə gələn şəxs dalaşıb. Həmin anda mən İbrahimi nə gördüm, nə də tapa bildim".
Şahidin məhkəmədə verdiyi ifadəsi ilə istintaqda verdiyi ifadələr arasında ziddiyət təşkil edildiyi elan olunub. S.Mehtiyevin istintaqa verdiyi ifadəsi elan edilib.
Məhkəmənin növbəti iclası yanvarın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində qeydə alınıb.
Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, "İnterpol" xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.
İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir.
Digər xəbərlər