Saytımızı qiymətləndirin


 
 

Manatı nə gözləyir? – “Əhalinin 90%-i bundan zərər çəkə bilər”
Tarix: 15-01-2022 | Saat: 13:12
Bölmə:Karusel / Müsahibə | çapa göndər

 

“Ərzaq məhsullarının bahalaşması heç də manatın kursu ilə bağlı deyil. Manatın kursu Azərbaycanda inzibati yollarla müəyyən olunur. Bu da birbaşa neftin qiymətinə bağlıdır”.

Qarabaginfo.az xəbıər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında iqtisadi ekspert Nazim Bəydəmirli deyib.

Mütəxəssisin sözlərinə görə, ölkəyə daxil olan valyutanın ölkədən çıxan valyutaya nisbətində yerli valyutların kursu dəyişir:

“Dövlət başçısının bəhs etdiyi hadisələr, 2015-ci ilin devalvasiyaları ilə bağlı idi və o zaman da, əslində, ölkəyə daxil olan valyuta, ölkədən çıxan valyutaya nisbətən çox idi. Ancaq neftin qiyməti aşağı düşməkdə davam edirdi və o zaman belə bir tendensiya var idi ki, iri çinli məmurların həbs olunması və ölkədən kifayət qədər kapital axını buna səbəb verdi. 

Əsas səbəblər bu idi ki, daxilə təzyiq var idi. Müxtəlif şəxslər ajiotaj fonunda tələbdən daha artığını, yəni manatda olan vəsaitlərini dollara çevirmək çabasında idi. Oradakı səbəblər təkcə iqtisadi səbəblər deyildi. Daha doğrusu iqtisadi səbəblərdən daha çox idarəetmədə olan ciddi korrupsiya halları ilə bağlı bir neçə nazirlərin vurulması və bu fonda onların ətrafında baş verən hadisələrdir. 

Heç kəsə sirr deyil ki, məmur sahibkarlığı Azərbaycan iqtisadiyyatında demək olar ki, 80%-dir. Hər hansı bir yüksək çinli məmuru yerindən tərpətdikdə belə hadisələr baş verir”.

Ekspert onu da vurğulayıb ki, 2015-ci ildə baş verən hadisələr ölkəyə daxil olan valyutayla, ölkədən çıxan valyutanın tədiyyə balansının mənfi olmasından qaynaqlanmırdı:

“Çünki 2014-cü ilin yekunlarına görə, yəni birinci devalvasiyaya qədər vəsait daha çox gəlmişdi, nəinki çıxmışdı. Səhv etmirəmsə 21-22 milyard ölkəyə valyuta gəlmişdi, ölkədən çıxan isə 10 milyarddan çox idi.

Ona görə də, təbii ki, hökumət də 2022-ci ilin makroiqtisadi göstəriciləri olaraq 1,7 manat müəyyən edib və manatın ucuzlaşması hökumətin özünə xeyir deyil. Çünki əhalinin 90%-i bundan zərər çəkə bilər və biz idxal məhsullarından çox asılıyıq. İdxal məhsullarından asılı olan ölkələrdə yerli valyutanın kursu dəyişirsə, bu çox ciddi proseslərə və sosial təzyiqlərə gətirib çıxarır. 

Ona görə, hökumətin bu addımı atacağına güman etmirəm, çünki əvvəlki ildə süni devalvasiya oldu və hökumətin təzyiqi ilə Mərkəzi Bank buna getdi. Bu gün isə buna obyektiv səbəblər görmürəm. Çünki neftin qiyməti 45 dollardan yuxarı olan zaman heç vaxt Azərbaycan manatına təzyiq olmur”, - deyə Nazin Bəydəmirli fikrini yekunlaşdırıb.



Xəbəri paylaş

1337 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır