Saytımızı qiymətləndirin


 
 

"İlham Əliyev 3+3 formatını irəli sürəndə, bu ideyanı dəstəklədik” - LAVROV
Tarix: 14-01-2022 | Saat: 18:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

“İlham Əliyev 3+3 formatını irəli sürəndə, bu ideyanı dəstəklədik” – LAVROV

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3+3 formatı ideyası irəli sürüləndə biz bunu fəal şəkildə dəstəklədik”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səyləri Cənubi Qafqazda vəziyyətin normallaşmasına yol açır və digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç qonşusu arasında iqtisadi, digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə şərait yaratmağa kömək edir”, – o vurğulayıb.

S.Lavrovun sözlərinə görə, 3+3 formatında başlanmış proseslər daha əhəmiyyətlidir, çünki bütün regionun inkişaf perspektivləri müzakirə olunur.

Lavrov qeyd edib ki, Gürcüstanın “3+3” formatında baş tutan danışıqlarda iştirakı bu ölkə üçün faydalıdır və onun maraqlarına heç bir zərər vurmur. “Gürcüstan bizimlə diplomatik münasibətləri kəsdiyinə görə, bu dövlətlə qarşılıqlı fəaliyyət imkanlarımız azdır. Formatın digər üzvlərinə müraciət etmişik ki, gürcü qonşularımıza bu formata qoşulmağın faydasını və bunun onların siyasi mövqeyi ilə bağlı heç bir öhdəlik yaratmadığını izah etsinlər”, – Lavrov Gürcüstanın formata qoşulması ilə bağlı sualı cavablandırarkən bildirib.

Lavrovun sözlərinə görə, Gürcüstan ilk şərt irəli sürmədən bu danışıqlara qoşula bilər. O, format çərçivəsində yalnız bütün tərəflərin maraqlarına cavab verən mövzuların müzakirə olunduğunu qeyd edib.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər