Saytımızı qiymətləndirin


 
 

Putin Özbəkistan prezidenti ilə strateji tərəfdaşlıq məsələsini müzakirə edib
Tarix: 13-01-2022 | Saat: 15:18
Bölmə:Karusel / Region | çapa göndər

Putin Özbəkistan prezidenti ilə strateji tərəfdaşlıq məsələsini müzakirə edib

Rusiya prezidenti Vladimir Putinlə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Qarabaginfo.az Apa-ya xəbər verir ki,, telefon danışığı zamanı Qazaxıstanda baş verən son hadisələr müzakirə olunub.

Bildirilib ki, Qazaxıstan rəhbərliyinin, şəxsən prezident Kasım-Jomart Tokayevin qətiyyətli və ardıcıl addımları, habelə KTMT vasitəsilə vaxtında və səmərəli yardım göstərilməsi sayəsində ölkədə vəziyyəti tez bir zamanda sabitləşdirmək mümkün olub.

Bundan başqa ikitərəfli gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi zamanı Şavkat Mirziyoyevin 2021-ci ilin noyabrında Rusiyaya səfəri zamanı əldə olunmuş razılaşmaların strateji tərəfdaşlıq və müttəfiqliyin daha da möhkəmləndirilməsi naminə ardıcıl surətdə həyata keçiriləcəyini təsdiqləyib.



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər