Saytımızı qiymətləndirin


 
 

Vilayət Eyvazov rəis və müavinini işdən çıxardı
Tarix: 24-04-2023 | Saat: 12:34
Bölmə:Karusel / Siyasət | çapa göndər

Vilayət Eyvazov rəis və müavinini işdən çıxardı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi Samir Qayıbov və müavini Ramil Rüstəmov vəzifələrindən azad olunublar.

Bakupost.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrlə Samir Qayıbovun vəzifəsi Abşeron Polis Bölməsinin baş əməliyyat müvəkkili Rasim Salahova həvalə edilib.

Hazırda bölmədə yoxlamalar davam etdirilir.

Qeyd edək ki, Samir Qayıbov 2021-ci ilin sentyabrında Qobu Polis Bölməsinin rəisi təyin olunmuşdu.



Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər