Tarix: 27-05-2022 | Saat: 19:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Azərbaycanda daxili ticarətin tənzimlənməsi ilə bağlı qanun qəbul ediləcək".
Qarabaginfo.az bildirir ki, bunu "APA-Economics"ə müsahibəsində “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Mürvət Həsənli deyib.
O bildirib ki, yaxın bir il ərzində daxili ticarətin tənzimlənməsi haqqında qanunun qəbul ediləcəyi gözlənilir. Qonşu ölkələrin bununla bağlı artıq təcrübəsi var: "Daxili ticarətin tənzimlənməsi haqqında qanunu artıq Rusiya, Türkiyə və digər ölkələr qəbul edib. Bu o deməkdir ki, istehsal müəssisələri ilə satış müəssisələri arasında münasibət tənzimlənir və buna dövlətin nəzarəti olur".
M.Həsənli qeyd edib ki, yeni qanunun qəbulu bazarda süni qiymət artımının qarşısını ala bilər: " Məsələn, toyuq əti və yumurta birinci dərəcəli ərzaq məhsuludur və bunların rəf ömrü qədər vaxtı var. Rəf ömrünü keçdisə onun pulu ödənilməlidir. Ödəməyənlər vergi cəriməsinə düşəcək. Bu qanun qəbul edilsə, həm istehsalçılara böyük dəstək olacaq, həm qiymətlərin artmasının qarşısı alınacaq".
Assosiasiya sədri əlavə edib ki, məsələ ilə bağlı Milli Məclisə müraciət edilib. Ordan isə bildirilib ki, sözügedən qanun layihəsi ilə bağlı işlər gedir. Dinləmələr başlayan zaman biznes strukturları da müzakirələrə dəvət ediləcək.
Digər xəbərlər