Saytımızı qiymətləndirin


 
 

İsrail İranın casus şəbəkəsini aşkarladı
Tarix: 13-01-2022 | Saat: 08:11
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail sosial media vasitəsilə bir neçə vətəndaşını əməkdaşlığa cəlb edən İranın casus şəbəkəsini aşkarlayıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrailin əks-kəşfiyyat təşkilatı olan Şabak məlumat yayıb.

 

İsrailli qadınlar gizli obyektlərin fotoşəkillərini çəkməyə, kəşfiyyat məlumatları toplamağa razılaşıblar və ən azı iki dəfə oğullarını İsrail hərbi kəşfiyyatında işləməyə təşviq ediblər.

 

Təşkilat bildirib ki, iranlı kəşfiyyatçı "Facebook"da özünü Rambod Namdar kimi təqdim edib və İsraildə yaşayan yəhudi olduğunu bildirib. O, İran əsilli israilliləri hədəfə alıb.

 

Məlumata görə, 40 yaşlı israilli qadın bir neçə il onunla əlaqə saxlayıb və Tel-Əvivdə olarkən ABŞ səfirliyinin, həmçinin İsrail hökumətinin ofisinin və ticarət mərkəzinin fotolarını çəkməyə razılaşıb. 

 

Digər 57 yaşlı qadın şübhəli şəxslə dörd il əlaqə saxlayıb və bir sıra tapşırıqlar üçün ümumilikdə 5000 dollar alıb. O, da oğluna hərbi kəşfiyyata getməsi üçün təzyiq edib.

 

Casusluq etdiyi iddia edilən şəxslər tutulub və onlara qarşı “ağır ittihamlar” irəli sürülüb.(Modern.az)

 



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər