Saytımızı qiymətləndirin


 
 

Kosmik Agentliyi: Azərbaycan işğal altında olan torpaqları daim nəzarətdə saxlayıb
Tarix: 11-01-2022 | Saat: 12:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kosmik Agentliyi: Azərbaycan işğal altında olan torpaqları daim nəzarətdə saxlayıb


"Azərbaycan Kosmik Agentliyi ixtiyarında olan aşağı orbitli peyk vasitəsilə ("Azersky") istər Qərbi Azərbaycan, istərsə də həmin dövrlərdə işğal altında olan torpaqları daim nəzarətdə saxlayıb, orada baş verən hadisələri faktlarla, sübutlarla birgə müəyyən qədər beynəlxalq ictimaiyyətə çatdırmağa çalışıb".

Bunu Bakıda "Qərbi Azərbaycan Yaddaşı" layihəsinin təqdimatında çıxış edən Azərbaycan Kosmik Agentliyinin sədri Saməddin Əsədov deyib.

Onun sözlərinə görə, XİN və Prezident Administrasiyası vasitəsilə kifayət qədər sübutlar, faktlar və dəlillər ortaya qoyulub ki, həmin bu torpaqlarda işğal nəticəsində təbiətə, tikililərə və infrastruktura nə qədər ziyan vurulub.

"Sözsüz ki, bu layihə yolun başlanğıcıdır və bildirmək istəyirik ki, Azərbaycan peykləri həmin o ərazilərdə baş verənləri daimi müşahidə edir. Burada 1 000-dən çox kəndin adları səsləndi. Mən bilirəm ki, həmin o kəndlərin heç də hamısı məskunlaşmış deyil. Biz onu çox yaxşı görə bilirik. Bir çox kəndlər boşdur. Bunu da faktlarla, sübutlarla əks etdirmək lazımdır", - deyə S. Əsədov qeyd edib.



Xəbəri paylaş

278 dəfə oxunub.

Digər xəbərlər