Saytımızı qiymətləndirin


 
 

Polis 617 toyda monitorinq apardı
Tarix: 10-01-2022 | Saat: 10:30
Bölmə:Karusel / Sosial | çapa göndər

Belə toy olar?

Həftəsonu toylara görə 8 nəfər cərimələnib.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 8-9-da DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 617 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 611 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 98 nəfər COVİD-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

 



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər