Saytımızı qiymətləndirin


 
 

Bu gün Qazaxıstanda matəm günüdür
Tarix: 10-01-2022 | Saat: 07:26
Bölmə:Karusel / Region | çapa göndər

 

Kiyev səmasında Qazaxıstan bayrağı qaldırıldı - Foto

Qazaxıstanın bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı bu gün ölkədə ümummilli matəm günü elan edilib.

Qarabaginfo.az xəbər verir ki, iğtişaşların gedişində nə qədər insanın həlak olduğu hələlik dəqiq bilinmir.

Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev ölkənin bir sıra regionlarında faciəvi hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı 2022-ci il yanvarın 10-nu ümummilli matəm günü elan etməyi qərara alıb.

Bir müddət öncə Qazaxıstanın Baş prokurorluğu ölkədə kütləvi iğtişaşlarla bağlı cinayət işinə başlayıb. İğtişaşlarda iştirak edənləri vətəndaşlıqdan məhrum olunmaqla 8 ildən başlayaraq ömürlük həbsə qədər cəza gözləyir.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.

Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.

Yanvarın 5-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Həmin gün Prezident Kasım-Jomart Tokayev ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib.

Dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Qazaxıstana sülhməramlı qüvvələr göndərməklə bağlı müraciət edib.

Təşkilat müraciəti nəzərə alaraq Qazaxıstana müvəqqəti olaraq sülhməramlılar göndərmək haqqında qərar qəbul edib.

Yanvarın 8-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb. O dövlətə xəyanətdə şübhəli bilinir.



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər