Saytımızı qiymətləndirin


 
 

Ermənistanda əsgər anaları üsyan edir     - Yüzlərlə hərbçinin ölümü gizlədilir
Tarix: 05-02-2021 | Saat: 10:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistanda əsgər anaları üsyan edir - Yüzlərlə hərbçinin ölümü gizlədilir

 

Məlum olduğu kimi 44 günlük müharibə dövründə Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı xunta rejimi cəbhədə baş verən hadisələr, Ermənistan ordusunun məğlubiyyəti haqqında cəmiyyəti düzgün məlumatlandırmırdı, ictimai rəyi yanlış istiqamətə yönləndirirdi. Ermənistan Müdafiə Nazirliyi gah qələbədən, gah da strateji və taktiki geri çəkilmədən bəhs edirdi.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan ordusunun qələbəsindən və Ermənistan ordusunun darma-dağın olunmasından sonra Ermənistan xalqı anladı ki, bütün bu xəbərlər yalandır və Ermənistan acı məğlubiyyətə məhkumdur:

“Erməni xalqının aldadılması sonrakı dövrdə Ermənistan hakimiyyəti üçün ciddi baş ağrısına çevrildi. Xalq arasında hakimiyyətə olan inam və etimadı sarsıtdı. Əhali küçələrə axışaraq hakimiyyəti xalqa xəyanətdə ittiham etdi. Ermənistanda sabitliyin pozulmasının, xalq-iqtidar qarşıdurmasının əsas səbəblərindən biri də məhz bu yanlış siyasətdir.

Ermənistan hakimiyyəti bu gün də həmin yanlış və riyakar siyasəti davam etdirir. Yüzlərlə erməni əsgərinin ölümünü xalqdan gizlədir. Razılaşma əldə edilməsindən bir müddət keçməsinə baxmayaraq, bu gün hələ də işğaldan azad olunmuş ərazilərdə erməni əsgərlərinin meyitləri tapılaraq Ermənistan tərəfinə verilir. Görünən odur ki, bu proses bir müddət davam edəcək”.

C.Məmmədov qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan hakimiyyəti öz xalqını müharibənin gedişatı ilə bağlı həqiqətlər barədə davamlı məlumatlanıdırırdı:

“Prezident İlham Əliyev xalqla sıx təmasda olurdu, özü birbaşa bəyanatlar verirdi. Üç ölkə arasında imzalanan anlaşmadan sonra hökumət Azərbaycan ordusunun itkiləri barədə xalqı dəqiq məlumatlandırdı. Bu da Azərbaycan xalqı tərəfindən çox yüksək dəyərləndirildi.

Bu gün Ermənistandan fərqli olaraq Azərbaycanda güclü xalq-iqtidar birliyi var. Müharibədə bu birlik böyük rol oynadı. Qarşıda duran mühüm məsələlərdən biri bu birliyi və həmrəyliyi qorumaqdır.

Ermənistan hakimiyyəti və xalqı acı məğlubiyyətdən ciddi nəticə çıxartmalı, ağlını başına yığmalı, revanşist bəyanatlardan imtina etməli və təxribatlardan əl çəkməlidir. Ancaq görünən odur ki, nə Ermənistanın siyasi liderləri nə də xalqı son baş verənlərdən tam nəticə çıxarmayıblar. Əgər çıxarsa idilər, revanşist və təxribatçı bəyanatlar verməzdilər. Ermənistan xalqı unutmasın ki, bu təxribatlar və revanşist bəyanatlar onlara çox baha başa gələ bilər. Prezident İlham Əliyev dəfələrlə bu barədə onlara ciddi xəbərdarlıq edib. Birlik və güc rəmzi olan "dəmir yumruq" hələ də aktualdır”. (Yenisabah)

Ermənistanda əsgər anaları üsyan edir - Yüzlərlə hərbçinin ölümü gizlədilir

 



Xəbəri paylaş

2343 dəfə oxunub.

Digər xəbərlər
28-12-2020, 15:53 Qərb İrana vaksin satmır