Saytımızı qiymətləndirin


 
 

Sallivan: "Ağ Ev İranın ABŞ vətəndaşlarına qarşı istənilən hücumuna cavab verməyə hazırdır"
Tarix: 09-01-2022 | Saat: 21:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Ceyk Sallivan

 

Sallivan: Ağ Ev İranın ABŞ vətəndaşlarına qarşı istənilən hücumuna cavab verməyə hazırdır

“ABŞ administrasiyası Tehranın 50-dən çox insana qarşı sanksiyalar tətbiq etməsi fonunda İranın vətəndaşlarımıza qarşı istənilən hücumuna cavab verməyə hazırdır”.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın bəyanatında bildirilib

"Şənbə günü İran sözügedən 52 nəfər də daxil olmaqla, vətəndaşlarımızdan hər hansı birinə hücum edərsə, bunun ciddi nəticələri olacaq”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, İran şənbə günü 50-dən çox ABŞ vətəndaşının adlarını İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaninin və İraq “Əl-Həşd əş-Şaabi” şiə hərəkatının rəis müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsi ilə əlaqədar sanksiyalar siyahısına əlavə edib.



Xəbəri paylaş

1214 dəfə oxunub.

Digər xəbərlər