Saytımızı qiymətləndirin


 
 

Aslan İsmayılov: "SSRİ arzusu ilə yaşamaq vətənə xəyanətdir"
Tarix: 09-01-2022 | Saat: 14:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aslan İsmayılov: “SSRİ arzusu ilə yaşamaq vətənə xəyanətdir”

“SSRİ arzusu ilə yaşayanlar hələ də var. Bu isə vətənə xəyanətdir. Rusiyanın təhlükəli olması hər şeyə qadir olması deyil. Bu məqamda “Biz nə edə bilərik?” sualı və nümayiş edilən çarəsizlik yolverilməzdir. Azərbaycan müstəqil dövlətdir, bizim Vətənimizdir və heç kimin bura soxulmaq haqqı yoxdur”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılov qeyd edib ki, dövləti və vətəni hər kəs qorumalıdır: “On minlərlə əzizlərimizin bu torpaq uğrunda canlarından keçməsini unutmaq namərdlik, qorxaqlıq və şərəfsizlikdir. Su qabı suda sınar deyimini də unutmayaq. Dünyanı qan çanağına döndərmək istəyən imperiya həvəskarları elə özləri bu qanda boğulacaqlar. Əminəm ki, bunu yaxın zamanlarda həm torpaqları zəbt edilmiş ölkələrin müqavimətinin artmasında, həm də bütövlükdə bu günə qədər yatan dünyanın təpkisində görəcəyik. Qazaxıstan çoxlarına baha başa gələcək”.



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır