Saytımızı qiymətləndirin


 
 

Şabranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb
Tarix: 26-02-2019 | Saat: 13:50
Bölmə:Karusel / Region | çapa göndər

Şabran rayonunda 8 yaşlı uşağın antibiotik iynə vurulandan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb.

"Qarabaginfo" "Report" istinadən verdiyi  məlumata görə, Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova axşam saatlarında müalicə üçün yaxınları tərəfindən həkimin yaşadığı evə aparılıb.

Antibiotik iynə vurulduqdan sonra G.Dadaşovanın halı pisləşib, koma vəziyyətinə düşüb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bu səbəbdən xəstə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumənin yaxınlarının bildirdiyinə görə, G.Dadaşovanın ölümünə səbəb həkimin antibiotikin "prob" qoyulmadan vurulması olub.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

780 dəfə oxunub.

Digər xəbərlər
27-06-2022, 22:48 Rəisi Aşqabada gedir