Tarix: 08-01-2022 | Saat: 11:02
Bölmə:Karusel / Təhsil | çapa göndər
“Şagirdin döyülməsinə valideynlər niyə sərt reaksiya verir? Orta məktəbi 2010-cu ilə qədər bitirənlər müəllimləri tərəfindən, hətta direktoru tərəfindən döyülüb.Sovetlər dönəmində və ötən əsrin 90-cı illərində orta məktəbdə oxuyanlar isə bunu daha çox yaşayıb”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov söyləyib. O, özünün də orta məktəbdə müəllimi tərəfindən döyüldüyünü deyib:
“Məni də orta məktəbdə oxuyanda müəllimim döyüb. Bəli, bizi müəllim, direktor döyəndə dərsə hazır gəlmədiyimiz üçün döyərdi və evdə desəydik, evdə də döyərdilər ki, bəs sən nə etmisən ki, müəllimin döyüb.
Bəs indi niyə sərt reaksiya, tənqid olunur döyən müəllim, direktor?
Çünki indi məktəb öz funksiyasını yerinə yetirə bilmir. Əvvəllər şagirdlər orta məktəbdə minimum zəruri bilik və bacarıqlara yiyələnirdi. Məktəb şagirdlərinə həm bilik, həm bacarıqlar, həm də tərbiyə verirdi. Valideyn demək olar ki, bu istiqamətdə heç bir iş görmürdü".
Ekspert qeyd edib ki, şagirdlər az qala dünyaya göz açandan repetitor yanına, hazırıq kurslarına gedir. Əlbəttə ki, valideynlərin vəsaiti hesabına. Yəni valideynləri şagird üçün indi həm maddi, həm mənəvi digər bütün resurslarını səfərbər edir: "Bu o deməkdir ki, məktəbin pulsuz görməli olduğu işi valideynləri pulla görür. Bunun ardınca əlbəttə ki, valideyn məktəbə gəlib haqlı iradını bildirir ki, sən mənimlə birlikdə övladımı böyütmüsən ki, onu da döyürsən.
Bəli, məktəb öz məsuliyyətini dərk etmir, məktəb öz öhdəliklərini yerinə yetirmir. Bunları da məktəbi idarə edənlərin yerinə yetirməyə bilik və bacarıqları çatmadığı üçün fiziki zorakılığa üz tuturlar.
Bu fikirlər o demək deyil ki, mən 10-15 əvvələ qədər şagird döyülməsinə haqq qazandırıram. Xeyr, heç bir halda şagird döyülə bilməz. Şagirdə fiziki zorakılıq tətbiq etmək yolverilməzdir”.
Digər xəbərlər