Saytımızı qiymətləndirin


 
 

“İğtişaşlar zamanı saxlanılanlar ən ciddi şəkildə cəzalanacaqlar” – Tokayevdən SƏRT AÇIQLAMA
Tarix: 07-01-2022 | Saat: 15:16
Bölmə:Karusel / Region | çapa göndər

“İğtişaşlar zamanı saxlanılanlar ən ciddi məsuliyyətə cəlb olunacaqlar”.

Qarabaginfo.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib:

“Mən quldurları və terrorçuları tapıb həbs edəcək xüsusi idarələrarası qrup yaratmışam. Vətəndaşlarımıza söz verirəm ki, bütün bu şəxslər ən ciddi cinayət məsuliyyətinə cəlb olunacaqlar”, – prezident deyib.

Bu arada Qazaxıstan Qırğızıstanla yeddi sərhəd-keçid məntəqəsindən 5-ni bağlayıb. Bu barədə Qırğızıstan sərhəd xidmətinin mətbuat mərkəzindən məlumat verilib:

“Qazaxıstan tərəfi 2022-ci il yanvarın 7-dən “Korday-Avtodorojnı”, “Ak-Jol-Avtodorojnı”, “Karasu-Avtodorojni”, “Ak-Tilek-Avtodorojni” İssık-Kul vilayətindəki “Kegen-Avtodorojnı” və “Karkyra-Avtodorojnı” keçid məntəqələrində insanların, nəqliyyat vasitələrinin və məhsuların keçidini birtərəfli qaydada dayandırıb.

Ölkədəki iğtişaşlar zamanı isə 3706 nəfər saxlanılıb. Bu barədə terrorla mübarizə qərargahı məlumat yayıb:

“Hazırda ölkə üzrə 3706 nəfər saxlanılıb. Bu, hazırda ən yeni rəqəmdir” – məlumatda deyilir.

Almatıda əksər yanacaqdoldurma məntəqələri bağlı olaraq qalır. İşləyən yanacaqdoldurma məntəqələrində isə uzun növbələr yaranıb.

Nur-Sultanda isə iri ticarət obyektləri spirtli içkiləri satışdan çıxarıb. Paytaxtın hipermarketlərində alkoqol şöbələri ləğv edilib. Qalan məhsullar – dənli bitkilər, ət, çörək, tərəvəz, meyvələr isə satılır. Şəhər əhalisinin çoxlu miqdarda ərzaq aldığı, lakin heç bir həyəcan olmadığı bildirilib.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Baş verən iğtişaşlar fonunda ölkədə yanvarın 19-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib.(Konkret.az)



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər