Saytımızı qiymətləndirin


 
 

“Sabitlik adası” niyə anidən qaynayan vulkana çevrildi və bu Rusiyanı necə hədələyir? – Solozobovun ŞƏRHİ
Tarix: 06-01-2022 | Saat: 22:13
Bölmə:Karusel / Region | çapa göndər

 

“Sabitlik adası” niyə anidən qaynayan vulkana çevrildi və bu Rusiyanı necə hədələyir? – Solozobovun ŞƏRHİ

Yaxın vaxtlara qədər Qazaxıstan postsovet məkanında “sabitlik adası” adlanırdı. Amma bir neçə gündür ki, iğtişaşlara və polislə toqquşmaya çevrilən kütləvi etirazlar davam edir. İnsanlar hökumətin maye qazın qiymətini iki dəfə artırmasından sonra küçələrə axışmağa başladılar. lakin sosial-iqtisadi gündəm tezliklə siyasi prosesə çevrildi. Etirazçıların tələbi ilə prezident Kasım-Jomart Tokayev artıq hökuməti istefaya göndərib, lakin bu, ölkədəki vəziyyəti sakitləşdirməyə kömək etməyib. Bütün Qazaxıstanda etirazçılar avtomobilləri yandırır, yerli hökumət binalarını ələ keçirir və qənimət götürülmüş silahlarla hüquq-mühafizə orqanlarına hücum edirlər.

Bəs necə oldu ki, “sabitlik adası” birdən-birə qaynayan vulkana çevrildi?  Qazaxıstan hakimiyyəti hansı səhvə yol verib və qonşu ölkədə sabitliyin pozulması Rusiya üçün niyə təhlükəlidir?

Qarabaginfo.az xəbər verir ki, bu və digər suallarla bağlı politoloq, Rusiya-Qazaxıstan münasibətləri üzrə mütəxəssis, Milli Strategiya İnstitutunun beynəlxalq layihələr üzrə direktoru Yuri Solozobov Lente.ru-ya açıqlama verib.

Демонстранты стоят перед полицейскими во время акции протеста в Алматы, Казахстан, 5 января 2022 года

Yuri Solozobov: Hökumət əhali ilə uğursuz eksperiment apardı: Yanvarın 1-dən maye qazın bazar qiymətlərini yüksəltmək qərarına gəldi. Kommersiya avtomobilləri üçün yanacağın qiyməti dərhal iki dəfə artdı – litr üçün 60-dan 120 tengeyə qədər bahalaşdı. Yük və sərnişin daşınması xidmətləri dərhal yüksəldi. Etirazlar yanvarın 2-də ölkənin cənub-qərbində yerləşən neft-qazla zəngin Manqistau bölgəsində başladı. Əvvəlcə hakimiyyət etirazlara ləng reaksiya verdi. Yalnız yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev maye qazın bahalaşmasına qarşı artan mitinqlər fonunda iclas keçirdi. Qazın qiymətinin dərhal 50 təngəyə endirilməsi və hökumətin istefaya göndərilməsi qərara alındı. Bu, populist qərar idi – iqtisadi cəhətdən əsassız, bütün əvvəlki arqumentləri şübhə altına alan bir qərar… Hökumətin bu uyğunsuzluğu və etirazçıların asan qələbəsi yalnız ehtirasları qızışdırdı. Yeni sosial tələblər meydana çıxdı – və siyasi təhlükələr başladı” – ekspert bildirib.

Hakimiyyət orqanlarının bu cür hərəkətlərinin səbəbi nədir?

Qazaxlı politoloq Daniyar Aşımbayev öz Teleqram kanalında Qazaxıstan hakimiyyətinin ciddi problemi haqqında yazır: “Nazirlərin və akimlərin böyük əksəriyyəti siyasətçilər deyil, iyerarxiyasından kənar insanlarla danışa bilməmələri ilə seçilən məmurlardır. Ünsiyyətin aşağı səviyyəsi qərarların izah edilməməsinə və əsaslandırılmamasına səbəb olur. Və vəziyyət mitinqlərə gəldikdə, bir tərəfdən həddindən artıq güclü ssenari, digər tərəfdən isə ani güzəştlər taktikası tətbiq olunmağa başlayır”.

ОМОН блокирует протестующих в центре Алматы, 5 января 2022 года

“Bu özlüyündə səhv idi. Son hadisələr bunu əyani şəkildə nümayiş etdirdi. Qazaxıstan hakimiyyəti Aktauda qazın qiymətinin ucuzlaşmasından asanlıqla imtina etdi, lakin bu, digər ərazilərdə və regionlarda yeni tələbat uçqunu yaratdı. Bəziləri qiymətləri endirmək istəyir, digərləri – kredit amnistiyası, üçüncüləri – sosial müavinətlər, digərləri – maaşların artırılması, hamısı birlikdə – səlahiyyətlilərə “Kuzkinin anasını” (Xruşov Richard Nixona “Sizə Kuzkinin anasını bir daha göstərəcəyik” demişdi və amerikalılar rusların yeni bir gizli silahı haqqında düşünmüşdülər – red) göstərmək arzusundadırlar. Bu, lidersiz və açıq proqramı olmayan kütləvi anti-elita etirazıdır. 2018-ci ildə Rusiyada baş qaldıran benzin iğtişaşları da belə idi. 2019-cu ildəki etirazlarda qazaxlar seçkinin nəticələrindən narazı idilərsə, indi iqtisadiyyatdakı vəziyyətdən şikayətçidirlər. Belə üsyankar kütlənin nə lideri, nə də şüarı var. Hakimiyyət vaxtaşırı çağırış etdiyi danışıqları aparmağa kimsə yoxdur” – politoloq deyib.

“Qazaxıstan da Rusiya kimi orta gəlirli neft dövlətlərinin (yəni neft dövlətlərinin) tələsinə düşüb. Ölkənin qərbi xüsusilə nəzərə çarpan açıq sosial təbəqələşməyə malikdir. Böyük neft gəlirləri var, amma neft-qaz cənnətindən kənarda qalan sadə insanlar da çoxdur. Onlar əslində ənənəvi cəmiyyətdə yaşayırlar. Onların gəlirləri o qədər də böyük deyil. Həyat çətin, təbiət isə sərtdir. Əslində, bura Taras Şevçenkonun vaxtilə əsgər kimi sürgün edildiyi həmin şoran səhradır. Əgər sosial gərginlik və böyük gəlir fərqi varsa, o zaman istər-istəməz insanlar sosial ədalətə can atır. Əgər hakimiyyət ictimai razılığı, sosial dövlətin proqramları çərçivəsində təmin edə bilmirsə, o zaman ədalət dövlətdən kənarda – məsələn bərabərlik və qardaşlıq şüarları səsləndirən kriminal strukturlarda və ya dini icmalarda axtarılacaq. Bəzən qeyri-rəsmi olaraq bu iki qol birləşir, sosial partlayış baş verir. Dəfələrlə cinayətkarların idmanla, dini ekstremizmlə, milli populizmlə birləşmə prosesinin şahidi olmuşuq” – Yuri Solozobov açıqlayıb.

Казахстанские правоохранители на баррикаде во время акции протеста, вызванной повышением цен на топливо, Алматы, 5 января 2022 года

Qazaxıstanın hazırkı durumu nəyə gətirib çıxara bilər?

“İraq və ya Suriya ssenarisi üzrə radikal islamçıların öz gəlir sahələri kimi neft mənbələrinə nəzarət etmək istəyi reallaşa bilər. Qərbi Qazaxıstandakı neft yataqları radikallar üçün ləzzətli bir loxmadır, çünki onlar gələcək sabitliyin pozulması üçün mənbə rolunu oynaya bilər. Bu barədə 2016-cı ildə Aktobedəki terror aktlarından sonra verdiyim müsahibədə xəbərdarlıq etmişdim. Və Almatı küçələrində “Kamaz” maşınlarında təlaşa düşmüş marginal gənclərin videolarına baxsaq, bu proqnozun doğruluğuna əmin olarıq”.

Tanınmış qazaxıstanlı analitik Marat Şibutov ötən ilin yekunlarına dair məqaləsində  belə yazıb: “İqtisadiyyatda ciddi problemlər var. Mənfi tendensiyalar arasında dövlətin kommersiyalaşdırılmasını qeyd etmək lazımdır. Populist tarif məhdudiyyəti səbəbindən yaranan enerji böhranı; Çinlə sərhəddə malların daşınması ilə bağlı problemlər; məhsuldarlığı azaldan quraqlıq; xarici investorlarla, xüsusilə qeyri-resurs investorları ilə münasibətlərin pisləşməsi və sairə; Ölkəmizdə yoxsulluq işlək hala düşüb, yəni daimi işləyən insanlar belə özünü təmin etməkdə çətinlik məkir”.

Qazaxıstanda sabitliyin pozulması Rusiyanı nə ilə təhdid edir?

“Qazaxıstan və Rusiya ərazi və iqtisadi cəhətdən Müstəqil Dövlətlər Birliyinin (MDB) ən böyük dövlətləridir. Qazaxıstan Rusiya ilə ən uzun quru sərhədinə malikdir – 7,5 min kilometrdən çox. Bu sərhəd əslində açıqdır. Qazaxıstanın sabitliyinin pozulması bizim Sibirimizin sabitliyinin pozulması ilə eynidir. Bu, həm Trans-Sibir Dəmir Yolu, həm də neft-qaz rayonlarımıza dərhal çıxış imkanı verir. Ona görə də bu gün Qazaxıstanın strateji təhlükəsizliyi Rusiyanın özünün strateji təhlükəsizliyidir, bizim bütövlüyümüzün və daxili sabitliyimizin amilidir. Nə qədər ki, Rusiyanın Mərkəzi Asiyadan olan sərhədləri qorunur, Kreml özünü təhlükəsiz hiss edə bilər. Bu səbəbdən Qazaxıstan Rusiya üçün ən mühüm geostrateji müttəfiqdir. Və biz hər cür səy göstərməliyik ki, qonşu ölkə ilə vəziyyəti normallaşdıraq”.

Участники акции против повышения цен на сжиженный газ на площади Ынтымак в Актау, 4 января 2021 года

Sadalanan problemləri həll etmək mümkündürmü?

“Məncə indi postsovet ölkələrinin sistemli şəkildə öyrənilməsi üçün genişmiqyaslı kampaniyaya başlamağın doğru zamandır. Niyə vacibdir? Postsovet ölkələrinin siyasi strukturunda, iqtisadiyyatında və cəmiyyətində genişmiqyaslı dəyişikliklər baş verdi. Milli inkişaf ümumsovet keçmişindən üstündür, bu, hətta Qazaxıstan və Belarus kimi “Avrasiya üçlüyünün” ən yaxın ölkələrində də nəzərə çarpır. Müxtəlif dillər, auditoriyaların parçalanması, saxta xəbərlərin və PR kampaniyalarının təsiri nəticəsində vahid informasiya-kommunikasiya məkanının qopması müşahidə olunur. Biz qazaxıstanlı həmkarlarımızla birlikdə bu cür sistemli tədqiqatların yaxşı düşünülmüş proqramını təklif etmişik”-deyə politoloq fikirlərini tamamlayıb.(konkret.az)



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər