Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Türkiyə prezidentləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər
Tarix: 06-01-2022 | Saat: 19:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarları Kasım-Jomart Tokayev, İlham Əliyev, Sadır Japarov və Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.

"Prezident Ərdoğan Azərbaycan, Qırğızıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Sadır Japarov və Şavkat Mirziyoyev ilə danışıqlar zamanı sabitlik və təhlükəsizliyin region, xüsusən də qonşuları üçün vacib olduğunu vurğulayıb. O, qardaş Qazaxıstanın bu problemin öhdəsindən dialoq yolu ilə gələcəyinə əminliyini ifadə edib”, - Türkiyə prezidentinin ofisinin yaydığı bəyanatda deyilir.

Tokayevlə danışıqlar zamanı Ərdoğan qeyd edib ki, o, qardaş və dost Qazaxıstanda baş verən hadisələrin inkişafını diqqətlə izləyir, həlak olanların yaxınlarına başsağlığı verir və yaralıların sağalmasını arzulayır.

Prezident Ərdoğan Qazaxıstanla həmrəy olduğunu bildirib və vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı da Qazaxıstanı dəstəkləyir.

"Lazım gələrsə, Türkiyə istənilən texniki bilik və təcrübə mübadiləsinə hazırdır”, - Ərdoğan qeyd edib.



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər