Saytımızı qiymətləndirin


 
 

Türkiyəli nazir: “BTQ sayəsində yük daşımalarda Orta Dəhlizdən səmərəli istifadə etmək mümkün olub"
Tarix: 05-01-2022 | Saat: 19:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Türkiyəli nazir: “BTQ sayəsində yük daşımalarda Orta Dəhlizdən səmərəli istifadə etmək mümkün olub

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi sayəsində Çin və Avropa arasında yük daşımalarda Orta Dəhlizdən səmərəli istifadə etmək mümkün olub".

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Ankaranın dəmir yolu vağzalında İslamabad-Tehran-İstanbul ilk yük qatarının qarşılanma mərasimində deyib.

"İndi Çindən Türkiyəyə 12 min kilometr uzunluğunda olan marşrut 12 günə qət edilir”, - deyə Karaismailoğlu bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Pekindən Londona uzanan Orta dəhlizin və Qazaxıstandan Türkiyəyə uzanan "Dəmir İpək Yolu"nun ən strateji əlaqə nöqtəsi halına gəlib.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.(Report)



Xəbəri paylaş

1340 dəfə oxunub.

Digər xəbərlər