Saytımızı qiymətləndirin


 
 

Mərkəz: Azərbaycanda COVID-19-un Omicron ştamı aşkarlanmayıb
Tarix: 05-01-2022 | Saat: 18:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mərkəz: Azərbaycanda COVID-19-un Omicron ştamı aşkarlanmayıb

Azərbaycan Respublikasında yayılmış SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsində sekvenləşdirmə çalışması aparılır.

Bu barədə Mərkəzdən Qarabaginfo.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd olunub ki, bu çalışmada üstünlüyü sanitar-epidemioloji xidmətin araşdırmasına əsasən “xaricdə yoluxan” kimi dəyərləndirilmiş COVID-19 PZR test nəticəsi pozitiv olan şəxslər təşkil etməklə, xəstəliyə təkrar yoluxmuş şəxslər, eləcə də təsadüfi seçim əsasında populyasiya arasından COVID-19 PZR test nəticəsi pozitiv olan şəxslərin nümunələri tədqiq edilir.

Diqqətə çatdırılıb ki, bu günədək aparılmış çalışmada Omicron variantı ilə uyğun nəticələr aşkar edilməyib.



Xəbəri paylaş

1315 dəfə oxunub.

Digər xəbərlər
28-09-2020, 13:47 Sabahın hava proqnozug