Saytımızı qiymətləndirin


 
 

“Dünya yeni iqtisadi böhrana “hamilədir” və böyük müharibələr riski artır” – İLGİNC PROQNOZ
Tarix: 05-01-2022 | Saat: 00:14
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib. O bildirib ki, son 1 ildə dünya ölkələri inflyasiya ilə boğuşur: “ABŞ və AB ölkələrində son 30 ilin ən yüksək inflyasiya rəqəmlərini görürük. Likvidlik bolluğu, “helikopter pullar” qiymət artımına güclü təkan verdi. Təsəvvür edin ki, 2019-cu il sentyabr ayında “Apple” şirkətinin kapitalizasiyası tarixdə ilk dəfə 1 trilyol dollar oldu. Bu rəqəmə “Apple” şirkəti 43 ilə çatdı, 1976-ci ildə əsası qoyulan şirkətin dəyəri 2019-cu ilin sentyabr ayında 1 trilyon dollar oldu. Likvidlik bolluğu 2020-ci ilin ilk rübündən başladı və bu gün “Apple” şirkətinin bazar dəyəri 3 trilyon dolları keçib. Bunu normal iqtisadi qanunlarla izah etmək olmaz, bu sırf likvidliyin sterilizasiyası kimi anlaşılmalıdır. Kriptovalyutalar kimi spekulyativ aktivlərin də son 2 ildə kəskin bahalaşması məhz likvidlik bolluğu və strelizasiya ilə əlaqədar oldu”.

Natiq Cəfərli: “Hökumət manatın məzənnəsinə dəyişiklik etmək məcburiyyətində qalacaq” - BBC News Azərbaycanca

Ekspertin sözlərinə görə, iqtisad elmi deyir ki, daim göydən pul səpmək, likvidliyi daim artırmaq olmaz: “FED son toplantısında elan etdi ki, likvidlik proqramını azaldır, hətta 2022-ci ildə 3 toplantıda uçot dərəcəsini artıracaq – tərcüməsi budur ki, ABŞ likvidliyi azaldır, pulları bazardan geri yığır, bununla da inflyasiyanı cilovlamaq istəyir. ABŞ bu addımı atan kimi AB Mərkəzi bankı, həmçinin Yaponiya və Çin Mərkəzi Bankları da eyni addımı atacaq. Bu nə deməkdir? Bəli, dünyada likvidlik azalacaq, aktivlərin dəyərləri kəskin enməyə başlayacaq, növbəti iqtisadi böhran qapını döyəcək. Bunun da mənası odur ki, dünyada çoxsaylı müflisləşmə, aktivlərin ucuzlaşması nəticəsində böhranın dərinləşməsi baş verəcək. Uzun sözün qısası, Dünya yeni iqtisadi böhrana “hamilədir”. Təəssüf ki, bu böyük müharibələr riskini də artırır. Azərbaycandakı qiymət artımlarının səbəblərindən yalnız biri dünyadakı bahalaşma ilə bağlıdır. Qalan səbəblərin hamısı daxili sistemdən qaynaqlanır”.



Xəbəri paylaş

1327 dəfə oxunub.

Digər xəbərlər