Saytımızı qiymətləndirin


 
 

Türkiyənin qatı düşməni kimi tanınan deputat nazir oldu
Tarix: 04-01-2022 | Saat: 15:48
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Niderlandda Türkiyənin qatı düşməni kimi tanınan deputat nazir oldu

Niderlandda ötən ilin martında keçirilən ümumi seçkilərdən sonra 271 günlük danışıqlar nəticə verib.

Qarabaginfo.az "Report"-a istinadən xəbər verir ki, qurulmasına qərar verilən koalisiya hökumətində iştirak edəcək nazirlər artıq dəqiqləşib, koalisiya hökumətində iki türkəsilli qadın nazir də olacaq.

Liberal sağçı “Azadlıq və Demokratiya” partiyasının (VVD) millət vəkili Dilan Yaşılgöz Zegerius Niderlandın yeni təhlükəsizlik və ədliyyə naziri, “Demokratlar 66” partiyasının (D66) üzvü Günay Uslu isə mədəniyyət və mediadan məsul dövlət naziri olacaq.

Niderlandın yeni ədliyyə naziri olacaq Dilan Yeşilgöz ölkədə Türkiyənin qatı düşməni kimi tanınır. Onun atası Yücel Yeşilgöz 1984-cü ildə terror təşkilatı PKK ilə bağlantısı üzə çıxandan sonra axtarışa verilib. Y.Yeşilgöz həmin il Türkiyədən Niderlanda qaçıb.

Əvvəlki açıqlamalarında türkləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməyin cinayət olmadığını müdafiə edən D.Yaşılgöz 2018-ci ildə Niderlandda qondarma “erməni soyqırımı”nı tanıyan 5 türkəsilli deputatdan biri olub.

1977-ci ildə Türkiyənin Tunceli şəhərində doğulan Dilan Yaşılgöz 2014-cü ildə həkim Rene Zegeriusla ailə həyatı qurub. Onun kabinetində Birinci Qarabağ Savaşına aid və təbliğat məqsədi ilə çəkilən “Silahlı erməni qadın” portreti asılıb.

Dilan Yaşılgöz "Tovuz döyüşləri" ərəfəsində Azərbaycanın Niderlanddakı səfirliyinə hücum edən və polis tərəfindən saxlanılan ermənilərin dərhal sərbəst buraxılmasını tələb etmişdi



Xəbəri paylaş

1297 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır