Saytımızı qiymətləndirin


 
 

Ermənistan MN saxlanılan diversantların adlarını açıqladı
Tarix: 27-05-2021 | Saat: 12:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ermənistan MN saxlanılan diversantların adlarını açıqladı

 

Bu gün gecə saatlarında Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilərək saxlanılan erməni hərbçilərin adları açıqlanıb.

Qarabaginfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Saxlanılan 6 hərbçinin adları: A.N. Abqaryan, I.A. Sarkisyan, V.V. Sarkisyan, B.S. Ohanyan, A.Q. Budoyan, V.O. Rafaelyan.

Xatırladaq ki, mayın 27-də saat 3 radələrində Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və  yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

Həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılıblar.



Xəbəri paylaş

1346 dəfə oxunub.

Digər xəbərlər