Ana Sayfa > Karusel / Gündəm > Ermənistan MN saxlanılan diversantların adlarını açıqladı
Ermənistan MN saxlanılan diversantların adlarını açıqladı27-05-2021, 12:20. Yazar: Admin |
Bu gün gecə saatlarında Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilərək saxlanılan erməni hərbçilərin adları açıqlanıb. Qarabaginfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Saxlanılan 6 hərbçinin adları: A.N. Abqaryan, I.A. Sarkisyan, V.V. Sarkisyan, B.S. Ohanyan, A.Q. Budoyan, V.O. Rafaelyan. Xatırladaq ki, mayın 27-də saat 3 radələrində Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər. Həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılıblar. Geri dön |